[b]U-19-dan böyükhesablı qələbə[/b]
15.04.2017 - 00:11
[b]U-19-dan böyükhesablı qələbə[/b]

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti matçlarına çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, U-19 səfərdə “Zirə” ilə görüşüb.

 

Komanda rəqib meydanında 4:1 hesablı qələbə qazanıb. 27 matçda 65 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb.

 

U-17 isə paytaxt səfərindən xalsız dönüb. Komanda “Səbail”ə uduzub – 0:1. 21 oyundan sonra 49 xala malik “qırmızı-qaralar” 3-cü sırada qərarlaşıb.

 

U-15-in “İnter”lə matçı təxirə salınıb. 20 qarşılaşmada 54 xal toplayan “Qəbələ” yarışın lideridi.