[b]UEFA-dan cavab gəldi: “Xəzər Lənkəran”ın vəsaiti ödənilsin![/b]
23.12.2016 - 15:48
UEFA-dan “Xəzər Lənkəran”a ödənilən pul vəsaiti klubun hesabına köçürülüb. Apasport.az saytının məlumatına görə, 2015-2016-cı il mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51 min 104 avro əyalət klubuna ödənib.
Bir müddət UEFA tərəfindən AFFA-ya göndərilən məbləği saxlayan sonuncular qitə futbol qurumuna müraciət göndərmişdi. Cənubluların yaranan borc öhdəlikləri ilə əlaqədar UEFA-ya yönələn sorğuya gələn cavabda maliyyə vəsaitinin müvafiq qaydada "Xəzər Lənkəran" klubunun hesabına köçürülməsi qeyd olunub. Bu gün də vəsait AFFA tərəfindən “Xəzər Lənkəran” klubunun hesabına köçürülüb.
Mənbə: affa.az
0
0