[b]UEFA-dan inqilabi qərarlar: Avroliqa çempionu olan komanda...[/b]
02.06.2017 - 01:07
UEFA Çempionlar Liqasında 2018/19 mövsümü üçün bəzi dəyişikliklər edəcək. Apasport.az saytının məlumatına görə, qitənin ali futbol qurumunun xüsusilə oyunların saatlarındakı dəyişikliyi diqqət çəkib.
Belə ki, yeni mövsümdən etibarən ÇL-də eyni gündə baş tutacaq oyunların ikisi Bakı vaxtı ilə saat 21:00-da, qalanları isə 23:00-da başlayacaq.
Bundan əlavə Avropa Liqası çempionu üçün də qaydalar dəyişdirilib. Hazırda aktiv olan sistemə görə, Avroliqanın qalibi növbəti mövsüm ÇL-yə pley-off mərhələsindən başlayırdısa, bundan sonra birbaşa qrup mərhələsində yer alacaq.
0
0