[b]UEFA-dan yeni qərar[/b]
09.02.2017 - 17:07
UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, toplantıda bəzi məsələlərə toxunulub.
Qurumun rəhbəri Aleksander Çeferinin UEFA rəhbərinin maksimum 3 dəfə 4 illik müddətə seçilməsi təklifi komitə üzvləri tərəfindən müsbət qarşılanıb. Bu həm də İcraiyyə Komitəsinin öz üzvlərinə aiddi.
Qaydalardakı düzəlişlər UEFA-nın aprelin 5-də keçiriləcək Konqressində təsdiqlənəcək.
Çeferin təklifinin müsbət qarşılanmasına sevinib: “Şadam ki, İcraiyyə Komitəsi yekdilliklə təklifimi dəstəklədi. Bu, UEFA-nın güclənməsi üçün vacibdi”.
0
0