[b]UEFA “Qarabağ”a 980 min avro verdi[/b]
19.01.2017 - 14:39
Avropa Liqası turnirinin qrup mərhələsindəki çıxışı zamanı əldə etdiyi nəticələrlə bağlı məbləğ “Qarabağ”ın hesabına köçürülüb. Apasport.az saytının məlumatına görə, UEFA-nın klub üçün ayırdığı məbləğ Ağdam təmsilçisinə ödənilib.
Qrupda 2 qələbə qazanıb, 1 heç-heçə edən “Qarabağ” 980 min avro qazanıb. Bu məbləğ Avropa futbol qurumu tərəfindən AFFA-nın vasitəçiliyi ilə əyalət klubuna çatdırılıb.
Mənbə: affa.az
0
0