[b]UEFA avtoqolu ləğv etdi[/b]
15.10.2016 - 11:54
[b]UEFA avtoqolu ləğv etdi[/b]

DÇ-2018-in seçmə mərhələsinin Ukrayna – Kosovo matçının qollarından birinin müəllifi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, UEFA 31-ci dəqiqədə vurulan ilk topla bağlı qərar verib.

 

Artyom Kravetsin zərbəsindən sonra kosovoluların müdafiəçisi Rraxmaniyə toxunan top rəsmi sənədlərdə sonuncunun avtoqolu kimi qeyd edilib. Ukrayna Futbol Federasiyasının UEFA-ya müraciətindən sonra qurum məsələni araşdırıb. Yekunda qərara alınıb ki, qol Kravetsin hesabına yazılsın. Beləliklə, avtoqolu ləğv edən qurum Artyomun qol sayının artmasına yardımçı olub.

0