[b]UEFA Çempionlar Liqasında təsnifat mərhələlərini ləğv edir?[/b]
09.08.2016 - 18:29
[b]UEFA Çempionlar Liqasında təsnifat mərhələlərini ləğv edir?[/b]

UEFA qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının formatını ciddi şəkildə dəyişməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, hələlik layihə şəklində olan planlar reallığa çevrilsə, turnir 2018/19 mövsümündən etibarən yeni formatla keçiriləcək.

 

Yenilikdə təsnifat mərhələlərinin ləğvi də nəzərdə tutulub. Qrup mərhələsinə iddialılar birbaşa pley-offdan mübarizəyə qoşulacaq.

 

Təbii ki, nəhənglərin qrupdakı yeri öncədən təmin olunacaq. Almaniya, İtaliya, İspaniya və İngiltərə hərəyə 4 komanda ilə qrupda çıxış edəcək.

 

Təklif olunur ki, bu klublardan üçü idman prinsipi, biri isə tarixinin zənginliyə görə bu hüququ qazansın. Belə addım hər hansı nəhəngin daxili yarışlarda uğursuz çıxışı zamanı da Çempionlar Liqasının qrupuna yolunun açılması deməkdi.

 

Bütün detalları açıqlanmayan layihədə Rusiya, Fransa və Portuqaliyanın 2 klubu qrupda oynayacaq. İsveçrə, Belçika, Hollandiya, Türkiyə və Ukrayna üçün isə qrupda bir yer təmin olunacaq. Bu mərhələnin son 5 komandası isə pley-offa bəlli olacaq. Həmin 5 vəsiqə uğrunda hansı komandaların oynayacağı isə həlik sirr kimi saxlanılır.

 

Yenilik bir sıra ölkələrin nəinki qrupda, hətta pley-offda oynamaq şansının üzərindən xətt çəkir. Dəyişikliklər reallaşsa, Azərbaycan çempionlarının taleyinin necə olacağı dəqiq bilinmir.