[b]UEFA kubokunun qalibi müəyyənləşdi[/b]
01.05.2017 - 09:00
[b]UEFA kubokunun qalibi müəyyənləşdi[/b]

Futzal üzrə UEFA kubokuna yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın Almatı şəhərində keçirilən “Dördlər finalı” Pireney dueli ilə yekunlaşıb.

 

Həlledici matçda İspaniyanın “İnter” və Portuqaliyanın “Sportinq” klubları üz-üzə gəlib. Final gözlənilmədən darmadağınla nəticələnib. İspaniyalılar rəqib qapısından 7 cavabsız qol keçirib.

 

Azərbaycan millisinin sabiq oyunçusu Kakanın baş məşqçisi olduğu Rusiya “Yuqra”sı yarışı 3-cü pillədə başa vurub. Şimallılar üçüncülük matçında meydan sahibi “Kayrat”ı məğlub edib – 5:5, pen. 3:2.

 

Qeyd edək ki, yarımfinalda “İnter” “Kayrat”ı 3:2, “Sportinq” “Yuqra”nı 2:1 hesabı ilə yenib.