Bu gün 42-ci Avropa Superkuboku matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, həm Çempionlar Liqasının qalibi “Real”, həm də son 3 Avropa Liqasını qazanan “Sevilya” tarixləri ərzində 5-ci dəfə qitənin ən yaxşısını müəyyənləşdirən görüşə çıxacaqlar.
Norveçdə baş tutacaq qarşılaşmada “kral klubu” 3-cü, əndəlüslülər isə 2-ci dəfə Superkuboku muzeylərinə aparmağa çalışacaqlar. İstənilən halda ardıcıl 3-cü dəfə Superkubok İspaniyaya aparılacaq. “Sevilya” son iki ildəki İspaniya duelinin hər ikisinin iştirakçısı olub. Ötən il “Barselona”ya məğlub olan komanda iki il öncə isə məhz “Real”la dueldən başıaşağı ayrılmışdı.
Ümumilikdə ən çox Superkubok matçında meydana çıxan komanda “Barselona”dı. Kataloniya təmsilçisi iştirak etdiyi 9 qarşılaşmanın 5-də qalib gəlib. “Barsa” ilə yanaşı, “Milan” futbolçuları da 5 dəfə qızıl medalı boyunlarından asıblar. Sadəcə, “rossonyerlər” buna 7 görüşdə nail olublar. “Real” bu gün qalib gələrsə, 3 Superkubok titulu ilə 3-cü pillədəki “Liverpul”a çatacaq. “Sevilya” isə məğlub olacağı təqdirdə 4-cü dəfə Superkuboku başıaşağı tərk etmiş ikinci komanda olacaq. Əks təqdirdə əndəlüslülər 10 illik həsrətə son qoyacaqlar.
14-cü dəfə İspaniya təmsilçisi kuboku bu ölkəyə aparacaq. Bu baxımdan ispanlar əlçatmazdılar. Eyni zamanda bu gün İspaniyanın bir komandası 12-ci dəfə Superkubokda məğlub olacaq. Bu ölkəni 9 Superkubok mükafatı ilə İtaliya izləyir. İngilislərdə isə bu say 7-di.
Onu da əlavə edək ki, indiyə qədər Çempionlar Liqasının qalibləri 22, Avropa Liqasının (keçmiş UEFA Kubokunun) birinciləri isə 19 dəfə Superkuboka yiyələniblər.
UEFA Superkubokunda bütün finallar:
1972. “Ayaks” (Hollandiya) – “Reyncers” (Şotlandiya) - 3:1, 3:2
1973. “Ayaks” (Hollandiya) – “Milan” (İtaliya) – 0:1, 6:0
1974. “Bavariya” (Qərbi Almaniya) – “Maqdeburq” (Şərqi Almaniya) görüşü baş tutmayıb.
1975. “Dinamo” (Kiyev, SSRİ) – “Bavariya” (Almaniya) – 1:0, 2:0
1976. “Anderlext” (Belçika) - “Bavariya” (Almaniya) – 1:2, 4:1
1977. “Liverpul” (İngiltərə) – “Hamburq” (Almaniya) – 1:1, 6:0
1978. “Anderlext” (Belçika) – “Liverpul” (İngiltərə) – 3:1, 1:2
1979. “Nottingem Forest” (İngiltərə) – “Barselona” (İspaniya) – 1:0, 1:1
1980. “Valensiya” (İspaniya) – “Nottingem Forest” (İngiltərə) – 1:2, 1:0
1981. “Liverpul” (İngiltərə) – “Dinamo” (Tiflis, SSRİ) oyunu baş tutmayıb.
1982. “Aston Villa” (İngiltərə) - “Barselona” (İspaniya) – 0:1, 3:0
1983. “Aberdin” (Şotlandiya) - “Hamburq” (Almaniya) – 0:0, 2:0
1984. “Yuventus” (İtaliya) - “Liverpul” (İngiltərə) – 2:0
1985. “Yuventus” (İtaliya) - “Everton” (İngiltərə) oyunu baş tutmayıb.
1986. “Styaua” (Rumıniya) – “Dinamo” (Kiyev, SSRİ) – 1:0
1987. “Porto” (Portuqaliya) - “Ayaks” (Hollandiya) – 1:0, 1:0
1988. “Mexelen” (Belçika) – “PSV Eyndhoven” (Hollandiya) – 3:0, 0:1
1989. “Milan” (İtaliya) - “Barselona” (İspaniya) - 1:1, 1:0
1990. “Milan” (İtaliya) – “Sampdoriya” (İtaliya) – 1:1, 2:0
1991. “Mançester Yunayted” (İngiltərə) – “Srvena Zvezda” (Yuqoslaviya) – 1:0
1992. “Barselona” (İspaniya) – “Verder” (Almaniya) – 1:1, 2:1
1993. “Parma” (İtaliya) – “Milan” (İtaliya) – 0:1, 2:0
1994. “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) – 0:0, 2:0
1995. “Ayaks” (Hollandiya) – “Saraqosa” (İspaniya) – 1:1, 4:0
1996. “Yuventus” (İtaliya) – PSJ (Fransa) – 6:1, 3:1
1997. “Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) – 2:0, 1:1
1998. “Çelsi” (İngiltərə) – “Real” (İspaniya) – 1:0
1999. “Latsio” (İtaliya) - “Mançester Yunayted” (İngiltərə) – 1:0
2000. “Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) - 2:1
2001. “Liverpul” (İngiltərə) – “Bavariya” (Almaniya) – 3:2
2002. “Real” (İspaniya) – “Feyenord” (Hollandiya) – 3:1
2003. “Milan” (İtaliya) – “Porto” (Portuqaliya) – 1:0
2004. “Valensiya” (İspaniya) - “Porto” (Portuqaliya) – 2:1
2005. “Liverpul” (İngiltərə) – MOİK (Rusiya) – 3:1
2006. “Sevilya” (İspaniya) – “Barselona” (İspaniya) – 3:0
2007. “Milan” (İtaliya) - “Sevilya” (İspaniya) – 3:1
2008. “Zenit” (Rusiya) – “Mançester Yunayted” (İngiltərə) – 2:1
2009. “Barselona” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 1:0
2010. “Atletiko” (İspaniya) – “İnter” (İtaliya) – 2:0
2011. “Barselona” (İspaniya) – “Porto” (Portuqaliya) – 2:0
2012. “Atletiko” (İspaniya) – “Çelsi“ (İngiltərə) – 4:1
2013. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) – 2:2 (penaltilərlə 5:4)
2014. “Real” (İspaniya) – “Sevilya” (İspaniya) – 2:0
2015. “Barselona” (İspaniya) - “Sevilya” (İspaniya) – 5:4
2016. “Real” (İspaniya) – “Sevilya” (İspaniya) - ?
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
- “Arsenal” üç futbolçusu ilə müqaviləni yeniləyəcək