[b]Uelbek, Gündoğan, Lixtştayner... – ÇL klublarının heyətlərindəki dəyişikliklər[/b]
03.02.2017 - 10:46
[b]Uelbek, Gündoğan, Lixtştayner... – ÇL klublarının heyətlərindəki dəyişikliklər[/b]

Çempionlar Liqasında mübarizəni davam etdirən klublar iştirak ərizələrindəki dəyişikliklə bağlı UEFA-nı məlumatlandırıblar. Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, sifariş ərizəsinə əlavə olunanlar və ordan çıxarılanlar müəyyənləşib.

 

Bu mənada diqqətçəkən simalar da var. “Arsenal”da zədəsini sağaldan Per Mertezaker və Denni Uelbek, “Yuventus”la yeni müqavilə bağlayan Stefan Lixtştayner, “Mançester Siti”də məşqçilər komitəsi tərəfindən bağışlanan Yaya Ture, həmçinin yeni transferlər bu mövsüm Çempionlar Liqasında iştirak etmək hüququ əldə ediblər. “Mançester Siti”nin zədəli futbolçusu İlkay Gündoğan isə mövsümün qalan hissəsində komandasına kömək edə bilməz.

 

ÇL iştirakçılarının sifariş ərizələrindəki son dəyişikliklər belədi...

 

“Arsenal”
Əlavə olunanlar: Rayan Huddart*, Per Mertezaker, Reiss Nelson*, Denni Uelbek
Çıxarılanlar: Çuba Akpom, Kristian Bielik, Mark Bola, Aron Eyoma, Kaylen Hinds, Karl Yenkinson, Stefi Mavididi, Tirell Robinson, Gedion Zelalem

 

“Atletiko”
Əlavə olunan: yoxdu
Çıxarılan: yoxdu

 

“Barselona”
Əlavə olunan: yoxdu
Çıxarılan: yoxdu

 

“Bavariya”
Əlavə olunan: Kristian Früxtl*
Çıxarılanlar: Holqer Badştuber, Yulian Qrin

 

“Benfika”
Əlavə olunanlar: Filipe Auqusto, Andriya Jivkoviç
Çıxarılanlar: Joao Karvalyo, Gilyermo Celis, Gilson Kosta, Aleks Qrimaldo, Qonçalo Quedes

 

“Borussiya” (Dortmund)
Əlavə olunan: Mikel Merino
Çıxarılan: Adrian Ramos

 

“Yuventus”
Əlavə olunanlar: Stefan Lixtştayner, Tomas Rinkon
Çıxarılanlar: Patris Evra, Ernaneş

 

“Lester”
Əlavə olunanlar: Yohan Benaluan, Vilfred Ndidi, Molla Vaque
Çıxarılanlar: Luis Ernandes, Bartoş Kapustka, Ceffri Şlupp, Marçin Vasilyevski

 

“Bayer”
Əlavə olunan: Leon Beyli
Çıxarılan: Robbi Kruz

 

“Mançester Siti”
Əlavə olunanlar: Keleçi İhenaço**, Qabriel Jezus, Yaya Ture
Çıxarılanlar: Angelino, İlkay Gündoğan, Ceyms Horsfild, Pablo Maffeo, Billi Obrayn

 

“Monako”
Əlavə olunanlar: Franko Antonuççi, Dilan Beuleu*, Jorje
Çıxarılanlar: Mehdi Beneddin, Sorentin Jan, Adama Traore

 

“Napoli”
Əlavə olunan: Leonardo Pavoletti
Çıxarılanlar: Manolo Qabbiadini, Roberto İnsinye

 

PSJ
Əlavə olunanlar: Yulian Draksler, Covani Lo Çelso
Çıxarılanlar: Nanitamo İkon, Xese Rodriges, Ervin Ongenda

 

“Porto”
Əlavə olunanlar: Dioqo Dalot, Kelvin, Françisko Ramos*, Tikuinyo
Çıxarılanlar: Evandro, Adrian Lopes, Luis Mata, Serxio Oliveyra, Serxio Ribeyro, Silvestre Varela

 

“Real”
Əlavə olunanlar: Abner, Aşraf Hakimi*
Çıxarılanlar: Martin Odeqard, Borxa Sançes

 

“Sevilya”
Əlavə olunanlar: Stevan Yovetiç, Klemen Lenqlet, David Soria
Çıxarılanlar: Hiroşi Kiyotake, Timote Kolodzieyçak, Salvator Siriqu

 

* B siyahısına əlavə olunanlar
** B siyahısından A siyahısına keçirilənlər

 

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları fevralın 14-15-də və 21-22-də, cavab qarşılaşmaları isə martın 7-8-də və 14-15-də keçiriləcək.