[b]Ueyn Runi həbs olundu[/b]
01.09.2017 - 16:38
İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Everton”un şərəfini qoruyan 32 yaşlı hücumçu evinin yaxınlığında saxlanılıb.
Buna səbəb onun avtomobilini içkili idarə etməsi olub. Çeşir qraflığında saxlanılan Runini testdən keçirən polislər onu həbs ediblər. Hadisənin digər detalları barədə isə məlumat verilmir.
Qeyd edək ki, İngiltərə millisində 119 oyun keçirmiş futbolçu 53 dəfə rəqib qapısına yol tapıb.
0
0