[b]Ukrayna millisinin sabiq futbolçusu rəsmən “Qarabağ”da[/b]
24.06.2017 - 10:39
[b]Ukrayna millisinin sabiq futbolçusu rəsmən “Qarabağ”da[/b]

2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.

 

Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.

 

Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan Kanibolotski daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

 

Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.