[b]Ukrayna millisinin üzvü “Beşiktaş”da[/b]
30.12.2016 - 14:28
[b]Ukrayna millisinin üzvü “Beşiktaş”da[/b]

“Zarya”nın müdafiəçisi Eduard Sobol karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Beşiktaş” gənc oyunçunun keçidini həll edib.

 

21 yaşlı sol cinah oyunçusunun razılığını alan “ağ qaralar” dərhal onun müqavilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”u ilə danışığa başlayıb və onlarla ortaq məxrəcə gəlib. Anlaşmaya əsasən, Ukrayna millisinin üzvü mövsümün sonuna qədər icarə əsasında Türkiyə təmsilçisinin formasını geyinəcək.

 

Qeyd edək ki, bu ildən Ukrayna yığmasına çağırılan Eduard Sobol 2013-cü ildən “Şaxtyor”a məxsus olsa da, iki ildi müxtəlif klublarda icarə əsasında çıxış edir.