[b]Ukrayna Türkiyə ilə oyunda yenilik edəcək[/b]
03.07.2017 - 21:09
[b]Ukrayna Türkiyə ilə oyunda yenilik edəcək[/b]

Ukrayna Futbol Federasiyası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna – Türkiyə oyununda yenilik etmək istəyir. Apasport.az saytının məlumatına görə, yerli federasiya rəsmiləri həmin matçda adlı bilet sistemini tətbiq etməyi planlaşdırır.

 

Bu üsulla oyunlar zamanı qarşıdurmaların və  insidentlərin səbəbkarlarının aşkarlanmasının asanlaşdırılması düşünülüb.

 

Yenilik daha əvvəl iyulun 15-də Odessada keçiriləcək “Dinamo” ilə “Şaxtyor” arasındakı Ukrayna Super Kuboku oyununda sınanılacaq.

 

Qeyd edək ki, bu dəyişiklik yerli media arasında o qədər də yüksək dəyərləndirilmir. Ukraynalı həmkarlarımız bu qərarın vətəndaşların hüquqlarının məhdudlaşdıracağını düşünür.