[b]Ukrayna yığması Şevçenkoya tapşırıldı[/b]
15.07.2016 - 18:00
[b]Ukrayna yığması Şevçenkoya tapşırıldı[/b]

Ukrayna yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, AÇ-2016-dakı uğursuz çıxışa görə postundan göndərilən Mixail Fomenkonu elə yerli məşqçi əvəzləyib.

 

Belə ki, Ukrayna Futbol Federasiyası bu posta sabiq futbolçu Andrey Şevçenkonu gətirib. “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukun da adının hallandığı vəzifə “Şeva”ya tapşırılıb.

 

Məlumatı Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sergey Kunitsın da təsdiqləyib.

 

Qeyd edək ki, Şevçenko Avropa çempionatından öncə Mixail Fomenkonun köməkçisi təyin olunmuşdu.