[b]Ulduz futbolçu debüt matçında zədələndi[/b]
02.02.2017 - 14:48
“Marsel”in transferi Patris Evranın yeni komandasında debütü uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu ilk matçındaca sıradan çıxıb.
Belə ki, Fransa Kubokunun 1/16 final mərhələsində “Lion”la keçirilən qarşılaşmada sol ayağından xəsarət alan 36 yaşlı müdafiəçi mübarizəni davam etdirə bilməyib və 48-ci dəqiqədə əvəzlənib. Həkimlər futbolçunun əzələsində dartılma olduğunu və onun yalnız iki həftədən sonra məşqlərə başlaya biləcəyini açıqlayıblar.
Qeyd edək ki, Patris Evra “Marsel”ə bu ay “Yuventus”dan keçib.
0
0