[b]Ulduz futbolçu 41 yaşında ikinci dəfə karyerasını bərpa edir[/b]
19.11.2016 - 16:15
[b]Ulduz futbolçu 41 yaşında ikinci dəfə karyerasını bərpa edir[/b]

Əfsanəvi futbolçu Xuan Sebastian Veron ikinci dəfə karyerasını bərpa etməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Veron yenidən “Estudiantes”in formasını geyinəcək.

 

İlk dəfə 2012-ci ildə butslarını mıxdan asan və 2 ildən sonra yenidən “Estudiantes”in heyətində görünən 41 yaşlı argentinalı elə həmin il ikinci dəfə təqaüdə çıxmışdı.

 

Əgər azarkeşlər yeni istifadəyə verilən stadionda biletlərin 65 faizini alsalar, o zaman Veron 2017-ci ildə Libertadores Kubokunda və ölkə çempionatında “Estudiantes”in uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Veron hazırda həm də “Estudiantes”in prezidentidi.