[b]Ulduz futbolçu ikinci dəfə karyerasını bitirdi[/b]
25.02.2016 - 17:36
[b]Ulduz futbolçu ikinci dəfə karyerasını bitirdi[/b]

Fransa yığmasının sabiq futbolçusu Rober Pires karyerasını bitirib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Arsenal”ın sabiq üzvü 42 yaşında butslarını mismardan asmaq qərarına gəlib.

 

Əslində Pires karyerasını 5 il öncə başa vurmuşdu. Lakin 2014-cü ildə futbola qayıdan yarımmüdafiəçi Hindistanın “Qoa” klubu ilə müqavilə imzalamışdı.

 

Pires qərarını belə izah edib: “Artıq 42 yaşım var. Dayanmaq vaxtı gəlib çatdı. Getməli və yerimi gənclərə verməliyəm. Hindistanda qazandığım təcrübədən də razıyam”.

 

Qeyd edək ki, Pires karyerası ərzində “Arsenal” və “Qoa” ilə yanaşı, “Mets”, “Marsel”, “Vilyareal” və “Aston Villa”da çıxış edib.