[b]Ulduz futbolçu karyerasını bərpa etdi[/b]
10.07.2017 - 16:41
[b]Ulduz futbolçu karyerasını bərpa etdi[/b]

İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano karyerasını bərpa edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 35 yaşlı forvard A seriyasının debütantı “Verona” klubu ilə anlaşıb.

 

“Sampdoriya”dan ayrıldıqdan sonra futboldan gedəcəyini açıqlayan Kassano “Verona”dan gələn təklifdən sonra fikrini dəyişib. O, yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib.

 

“Verona” həmçinin “Atletiko” ilə yollarını ayıran Alessio Çerçini də heyətinə qatıb. 30 yaşlı futbolçu azad agent kimi keçdiyi yeni komandası ilə 1+2 illik sazişə qol çəkib.