[b]Ulduz futbolçu məşqə buraxılmadı[/b]
21.09.2016 - 18:40
[b]Ulduz futbolçu məşqə buraxılmadı[/b]

“Antalyaspor”un hücumçusu Samuel Eto ilə klub rəhbərliyi arasında münasibət daha da gərginləşib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsas heyətdən uzaqlaşdırılmış kamerunlu forvard bu gün məşqə çıxıb.

 

Lakin Etonun kollektivlə birlikdə çalışmasına icazə verilməyib.

 

Qeyd edək ki, bir müddət öncə Antalya klubunun prezidenti sosial şəbəkədə Etonun oyunundan narazılığını bildirmişdi. 35 yaşlı futbolçu isə ona qarşı irqçilik edildiyini bildirərək, qazandığı mükafatların siyahısını paylaşmışdı. Onun bu hərəkətindən sonra klub Etonu heyətdən kənarlaşdırmışdı.