[b]Ulduz futbolçunun meydanda qulağı qopdu[/b]
04.08.2016 - 09:56
[b]Ulduz futbolçunun meydanda qulağı qopdu[/b]

Fransalı futbolçu Jeremi Menez bədbəxt hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ulduz oyunçunun qulağı kəsilib.

 

Hadisə “Bordo” ilə “Loryen” arasında keçirilən yoldaşlıq görüşündə baş verib. “Milan”dan yenicə transfer edilən və “Bordo”nun heyətində ilk oyununa çıxan Menez debüt matçında cəmi 17 dəqiqə meydanda qala bilib.

 

Belə ki, 60-cı dəqiqədə komanda yoldaşını əvəz edən 29 yaşlı forvard 17 dəqiqə sonra rəqib futbolçu ilə toqquşub. Nəticədə oyunçunun qulağının yarısı qopub. Dərhal əvəz edilən Menez xəstəxanaya aparılıb. Həkimlər onun əməliyyata ehtiyacı olduğunu bildiriblər.

 

Qeyd edək ki, oyun “Bordo”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.