[b]Ulduzlar İbizada[/b]
14.06.2017 - 12:29
[b]Ulduzlar İbizada[/b]

“Barselona”nın hücumçusu Neymar istirahətini sevgilisi Bruna Markezine ilə birlikdə keçirir. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, braziliyalı futbolçu rəfiqəsi ilə Amerika turuna çıxıb.

 

Ötən həftəni Los-Ancelesdə keçirən cütlük gecə klublarının birində paparatsilərə yaxalanıb. Bundan narahat olmayan “sambaçı” hətta sevgisini instaqram vasitəsilə də elan edib. İyunun 12-si Braziliyada sevgililər günü olduğundan, 25 yaşlı futbolçu Markezine ilə olan şəklini paylaşaraq, aşağısına “heç zaman bitməyəcək sevgi” yazıb.

 

Bruna isə sevgilisini daha orijinal şəkildə təbrik edib. Neymarla öpüşdüyü videonu paylaşan 22 yaşlı model bu sözləri yazıb: “Bütün sevgililər üçün xoşbəxt gün, bizim kimi. Səni çox sevirəm, indi və əbədi”.

 

Əfsanəvi braziliyalı futbolçu Ronaldo da ölkəsində sevgililər gününü unutmayanlardandı. “Yekədiş” də rəfiqəsi Selina Loksla olan romantik şəklini instaqramda paylaşaraq, sevgisini elan edib. Ronaldo modellə iki ildi münasibətdə olduğunu da vurğulayıb.

 

“Barselona”nın digər futbolçuları Lionel Messi, Luis Suares və “Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas isə ailələri ilə birlikdə İbiza adasında istirahətdədilər. Yaxın dost olmaları ilə tanınan futbolçular ağır mövsümün yorğunluğunu da bir yerdə üzərlərindən atırlar. Onlar İbizada çəkdirdikləri şəkilləri instaqram hesabları vasitəsilə azarkeşləri ilə bölüşürlər.