Bu yaxınlarda “Fənərbaxça”dan ayrılan Robin van Persinin yeni komandasının adına rəsmən aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 35 yaşlı forvard karyerasını vətəni Hollandiyada davam etdirəcək.
Belə ki, o, sabiq klubu “Feyenoord”la münasibətləri rəsmiləşdirib. “Fənərbaxça” ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilən veteran futbolçunun “Feyenoord”la sözləşməsinin detalları açıqlanmayıb. Ancaq onun yeni komandasında 32 nömrəli formanı geyinəcəyi məlum olub.
Qeyd edək ki, “Feyenoord”un yetirməsi olan Robin van Persi 2001-2004-cü illərdə bu klubun formasını geyinib.