[b]Venger getsə, Anri gələcək[/b]
07.03.2017 - 12:52
[b]Venger getsə, Anri gələcək[/b]

Tyerri Anri “Arsenal”ın baş məşqçisi təyin edilə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubunun rəhbərliyi “topçular”ın keçmiş hücumçusu ilə yenidən əməkdaşlıq etməyin əleyhinə deyil.

 

Bunun üçün isə Arsen Venger mövsümün sonunda komandadan ayrılmalıdı. Fransalı çalışdırıcı bu qərarı qəbul etsə, “Arsenal”da onu Anri əvəzləyəcək. London klubunun rəhbərliyinin Fransa yığmasının sabiq üzvü ilə yaxşı münasibəti var.

 

Qeyd edək ki, Anri hazırda Belçika yığmasında Roberto Martinesin köməkçisi kimi çalışır.