[b]Verratti Messi ilə görüşdü[/b]
15.06.2017 - 13:29
[b]Verratti Messi ilə görüşdü[/b]

“Barselona”nın maraq dairəsində olan PSJ-nin yarımmüdafiəçisi Marko Verratti İspaniyada istirahətdədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı futbolçu mövsümün yorğunluğunu İbiza adasında çıxarır.

 

“Barsa”nın vitse-kapitanı Lionel Messi də hazırda İbizadadı və maraqlısı burasındadı ki, Verratti argentinalı ilə görüşüb. Futbolçular birlikdə nahar ediblər və həmin yeməkdə Verrattinin meneceri Donato di Kampli, həmçinin Argentina yığmasının digər üzvü Xavyer Pastore də olub.

 

Qeyd edək ki, “Barselona” bu transfer üçün PSJ-yə 100 milyon avro təklif edib.