[b]Vüqar Nadirov “Qarabağ”a qələbə qazandırdı[/b]
07.02.2017 - 16:14
[b]Vüqar Nadirov “Qarabağ”a qələbə qazandırdı[/b]

Əvəzedici heyətlərin çempionatında XVII tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Qarabağ” “Zirə”ni qəbul edib.

 

Oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 46-cı dəqiqədə “Qarabağ”ın futbolçusu Elgün Nəbiyev açıb. Qonaqlar 81-ci dəqiqə Vəzir Musayevlə tarazlığı bərpa etsələr də, bu hesabı sona qədər qoruya bilməyiblər.

 

88-ci dəqiqədə “Qarabağ”ın təcrübəli futbolçusu Vüqar Nadirov fərqlənərək, komandasına qələbə qazandırıb.

 

"Qəbələ" isə AZAL-a 3:1 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın qollarına Ravil Yusifli (18), Elvin Həsənov (70) və Rövlan Muradov (90+4) imza atıblar. Qonaqların təsəlli qolunu isə Fuad Bayramov (75) vurub.