[b]"Məni hesabdan silməyin erkən olduğunu sübut edəcəm" - Vüqar Nadirov[/b]
23.01.2016 - 17:40
[b]"Məni hesabdan silməyin erkən olduğunu sübut edəcəm" - Vüqar Nadirov[/b]

“İnter”in qış fasiləsində heyətinə qatdığı Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

 

- Yanvarın 10-dan Antalyadasız. Təlim-məşq toplanışı necə gedir?

- 10-15 gün ərzində fiziki hazırlıq keçdik. Sona yaxın taktiki planda çalışmalara üstünlük verdik. Hələ vaxtımız var. Bakıda hazırlığın son mərhələsini reallaşdıracağıq. Ümumi götürdükdə, hər şey qaydasındadı.

 

- Mövsümün yarısını oynamadan keçirdiz. Oyun təcrübəsi baxımından çatışmazlıq hiss etdizmi?

- Bu problemi, demək olar ki, aradan qaldırdım. Altı aylıq fasilədən sonra indi-indi oynamağa başlayıram. Çalışıram öz oyunumu tapım və komandama kömək edə bilim.

 

- Formanızı tam bərpa edə bilmisiz?

- Hələ tam yox. 60-70 faiz buna nail olmuşam. Çempionat oyunlarına qədər çalışacam ki, bunu tam yoluna qoyum.

 

- Komandadakı ab-hava necədi?

- Yaxşıdı. “İnter”ə yeni keçsəm də, komandada özümü yad hiss etmirəm. Futbolçuların hamısını tanıyıram. Baş məşqçi də yaxşı insandı. Hamı çalışır ki, bir-birinə kömək eləsin.

 

- “Qəbələ”nin əsas heyətində meydana çıxmamağınız sizə psixoloji baxımdan necə təsir etdi?

- Elə bil ac kimiyəm. Oynamadığım üçün milliyə dəvət edilmədim. Buna görə Robert Prosineçkini də qınamıram. Ona klubunda oynayan futbolçu lazımdı.

 

- Prosineçki oyunlarınızı izləyir. Onunla söhbətiniz olubmu?

- Oyunlarımızı izlədiklərini gördük, amma fərdi qaydada söhbətimiz olmayıb. Futbolçunun işi meydanda verilən tapşırıqları yerinə yetirməkdi. Hazır olsaq, o da dəvət göndərəcək. Millinin qapısı hər kəsin üzünə açıqdı. Amma hazır olmağın vacibdi.

 

- Yoxlama oyunları haqda nə deyə bilərsiz?

- 3-də qələbə qazanmışıq, birini isə heç-heçə etmişik. Hazırlıq dövrüdü, fiziki baxımdan yorğunluq ola bilər. Heyətdə yeni futbolçular var. Baş məşqçi onları sınayır.

 

- Özünüzü sübut etməyi düşünürsüz?

- Bunu sözlə demək istəmirəm. Məni hesabdan silməyin erkən olduğunu oyunumla sübut edəcəm.

 

0