[b]XIX turun oyun cədvəli açıqlandı[/b]
14.02.2017 - 15:09
[b]XIX turun oyun cədvəli açıqlandı[/b]

Azərbaycan Premyer Liqasında XIX turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 18-də start götürəcək tur iki gün davam edəcək.

 

İlk oyun “İnter” və “Zirə” arasında paytaxt derbisi olacaq. Turun son qarşılaşması isə “Qəbələ” və “Qarabağ” arasında görüşlə başa çatacaq.

 

Qeyd edək ki, turun bütün matçları “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XIX tur

18 fevral (şənbə)

15:30. “İnter” – “Zirə”
“İnter Arena”

 

18:00. “Neftçi” – “Kəpəz”
8-ci km qəsəbə stadionu


19 fevral (bazar)

15:00. “Sumqayıt” – AZAL
Sumqayıt. Şəhər stadionu


17:30. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu