[b]Yap Stam İngiltərə klubuna baş məşqçi gətirildi[/b]
13.06.2016 - 17:53
[b]Yap Stam İngiltərə klubuna baş məşqçi gətirildi[/b]

Hollandiya yığmasının sabiq müdafiəçisi Yap Stamın yeni iş yeri müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, 43 yaşlı çalışdırıcı İngiltərənin “Ridinq” klubunun baş məşqçisi təyin olunub.

 

Çempionşip təmsilçisi bu təyinatı yaxın günlərdə rəsmən açıqlayacaq. Stam yeni iş yerində Brayan MakDermottu əvəzləyib.

 

Qeyd edək ki, Stam bundan əvvəl “Ayaks”da köməkçi məşqçi funksiyasını yerinə yetirirdi.