[b]Yaponiya çempionu yarımfinalda[/b]
11.12.2016 - 16:43
Klublararası dünya çempionatında sonuncu yarımfinalçı bəlli olub. Apasport.az saytının məlumatına görə, Yaponiyada keçirilən sayca 13-cü mundialın ən güclü dördüncü komandası meydan sahibləri “Kaşima” olub.
Gündoğar ölkənin təmsilçiləri CAR komandası “Mamelodi Saundaunz”u mübarizədən kənarlaşdırıb – 2:0.
Onların finala çıxmaq yolundakı rəqibləri Kolumbiyanın “Atletiko Nasyonal” klubudur.
Digər yarımfinalçılar isə Meksika “Amerika”sı və Madrid “Real”ı olacaq.
0
0