[b]Yarım əsrdən çox davam edən rekord yeniləndi[/b]
06.03.2017 - 15:46
Kadzuyosi Miura futbol tarixinə düşüb. Apasport.az saytı xəbər verir ki, yaponiyalı hücumçu dünyanın ən yaşlı futbolçusu adına yiyələnib.
Ölkəsinin ikinci liqa təmsilçisi “Yokohama”da çıxış edən Miura 50 yaş 7 günündə rəsmi oyunda iştirak edib. Bununla, yarım əsrdən çox davam edən rekordu qırmağa müvəffəq olub.
Məlumatı FİFA-nın mətbuat xidməti də təsdiqləyib.
Qeyd edək ki, Miuraya qədər rekord ingilis futbolçu Stenli Metyuza məxsus idi. O, 50 yaş 5 günündə yaşıl meydanlara ayaq basmışdı.
0
0