[b]Yaşıl meydanda növbəti ölüm[/b]
15.02.2017 - 16:05
[b]Yaşıl meydanda növbəti ölüm[/b]

Yaşıl meydanlarda daha bir futbolçu həyatla vidalaşıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bədbəxt hadisə ilə nigeriyalı Henri Obiekvu üzləşib.

 

“Samba” klubunun formasını geyinən Obiekvu hazırlıq matçının gedişində infarkt keçirib. Oyun zamanı sinəsində ağrı hiss edən nigeriyalı meydandan çıxmaq istəyib. Buna imkan tapmamış isə yerə yıxılıb və ayağa qalxa bilməyib. Dərhal xəstəxanaya aparılmasına baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Henri Obiekvu Nigeriya yığmasının üzvü Kinqsli Obiekvunun qardaşıdı.