[b]Yeni kapitan - Luka Modriç[/b]
30.08.2016 - 09:56
[b]Yeni kapitan - Luka Modriç[/b]

Xorvatiya yığmasında kapitan dəyişikliyi baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Dario Srnanın milli karyerasını bitirməsi məşqçilər korpusunu yeni kapitan təyin etməyə vadar edib.

 

Verilən qərara görə, xorvatların kapitanlıq sarğısı Luka Modriçə həvalə edilib. Vitse-kapitanlar isə Vedran Çorluka və İvan Rakitiç olacaq.

 

Qeyd edək ki, Modriç kapitan kimi ilk matçını sentyabrın 5-də DÇ-2018-in seçmə mərhələsində Türkiyəyə qarşı keçirəcək.