[b]Yeni mövsümə köhnə seriyalarla[/b]
06.08.2016 - 17:36
[b]Yeni mövsümə köhnə seriyalarla[/b]

Topaz Premyer Liqasında yeni mövsüm bu gün start götürsə də, iştirakçılar ötən çempionatdan qalmış seriyalara malikdi. Apasport.az saytının məlumatına görə, elita klublarından bəziləri seriyalarına son qoymağa bəziləri isə uzatmağa çalışacaq.

 

Son 5 çempionat oyununda həm qol vurub, həm buraxan “Neftçi” ikinci göstəricisini dayandırmağa çalışacaq. Ötən çempionatın finişində qələbəsiz və “quru oyun”suz 4 tur yaşayan AZAL da eyni arzu ilə meydana çıxacaq.

 

Mövsümü 3 qələbə ilə başa vuran “Sumqayıt” startda “Zirə”nin qonağı olacaq. 13 matçda qol buraxan qonaqlar 6 tur qələbə görməyən rəqibi sevindirməməyə cəhd edəcək.

 

“İnter”lə “Qarabağ” arasındakı mərkəzi oyunun iştirakçıları qol seriyasına malikdi. Ağdamlılar 17, bakılılar 5 matçda meydanı qolsuz tərk etməyib. Turun son matçında “Qəbələ”nin qonağı olacaq “Kəpəz” isə 3 matçlıq qələbəsizliyi ilə diqqət çəkir.