[b]Yeni transfer debüt etdi, “Neftçi” uduzdu[/b]
20.06.2016 - 21:36
[b]Yeni transfer debüt etdi, “Neftçi” uduzdu[/b]

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, "ağ-qaralar" Afrika klublarından seçilmiş futbolçulardan ibarət "SİBM Traning Center” klubu ilə qarşılaşıb.

 

Vəli Qasımovun yetirmələri qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıblar. Görüşdə "Neftçi”nin qolunu 1-ci dəqiqədə Aqşin Qurbanlı vurub.

 

Komanda matça bu heyətlə başlayıb:

Kamran İbrahimov, Jairo, Elvin Bədəlov, Ömər Buludov, Kamal Qurbanov, Murad Ağayev, Orxan Qurbanlı, Cavid İmamverdiyev, Aqşin Qurbanlı, Araz Abdullayev, Eltun Yaqublu.

 

Sonradan meydana daxil olanlar:

Rahil Məmmədov, Edson Kastilyo, Rəhman Hacıyev, Elşən Abdullayev, Məqsəd İsayev