[b]Yeni transfer dubl etdi, “Sumqayıt” debütantla bacarmadı[/b]
02.07.2017 - 20:57
“Sumqayıt” yeni mövsüm hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesinin 1-ci mərhələsi çərçivəsində “kimyaçılar” bu gün ilk yoxlama görüşünə çıxıb.
Rəqib Premyer Liqanın yeni sakini “Səbail” olub. Matçda qalib müəyyənləşməyib. 4 qolun vurulduğu görüşdə tərəflər hərəyə 2 dəfə fərqləniblər.
“Sumqayıt”ın heyətində komanda ilə bu gün müqavilə imzalayan Ramin Həsənov dubl edib. Debütantın qollarına isə Emin Mehdiyev və Şirməmməd Məmmədov imza atıb.
0
0