Yay hazırlıqlarını davam etdirən bəzi klubları hazırlıq oyunlarında qüvvələrini yoxlayırlar. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” də sınaq matçına çıxıb.
Auelilər “Herta”nın əvəzedici komandası ilə üz-üzə gəliblər. Görüş “bənövşəyililər”in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Almaniya II Bundesliqa təmsilçisinin heyətində matça “ilk 11”də başlayan milli üzvü bir hissə meydanda olub. O, qarşılaşmanın ilk 20 dəqiqəsində dubl etməyə də imkan tapıb.
Nazarov 15 və 20-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, sözügedən komanda bundan əvvəlki sınaq oyununda həmşəhərliləri, ancaq aşağı liqada çıxış edən “Saksonia Bernsbax”a 24:0 hesabı ilə qalib gəlmişdilər. Həmin matçda Dmitri oynamamışdı.