[b]Yığma üzvü oynadı, komandası qələbəyə sevindi[/b]
08.04.2017 - 19:12
Ukrayna Premyer Liqasında XXIV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Stal” da növbəti matçına çıxıb.
Kamienski təmsilçisi öz meydanında “Volın”la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 24 oyundan sonra aktivində 27 xal olan “Stal” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
0
0