[b]Yığma üzvü oynadı, komandası xal qazandı[/b]
21.03.2016 - 13:29
[b]Yığma üzvü oynadı, komandası xal qazandı[/b]

İspaniya ikinci liqası – “Sequnda”da XXX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli futbolçumuz Eddi İsrafilovun şərəfini qoruduğu “Kordoba” hesabat turunda “Numansiya” ilə qarşılaşıb.

 

Matça start heyətində başlayan milli üzvü 83 dəqiqə meydanda olub. Son 7 dəqiqədə yerini Fransisko Xiskoya verən Eddi komandasının 1 xal qazandığı oyunda rol sahibi olub.

 

Klubunun “Primero”ya çıxmaq yolundakı vacib oyunları ilə əlaqədar milli komandaya qoşulmaqdan azad edilən yarımmüdafiəçi Qazaxıstanla yoldaşlıq oyununda iştirak etməyəcək.

 

Qeyd edək ki, bu nəticədən sonra hesabında 47 xal olan “Kordoba” 4-cü pillədə qərarlaşıb.