[b]Yığma üzvü oynamadı, komandası qalib gəldi[/b]
05.02.2017 - 01:15
[b]Yığma üzvü oynamadı, komandası qalib gəldi[/b]

İspaniya Sequndasında XXIV turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” evdə “Mirandes”lə qarşılaşıb.

 

Ötən tur cari mövsümdə 5-ci sarı vərəqəsini alan Eddi cəza səbəbindən matçı buraxmalı olub.

 

Qarşılaşma isə “Kadis”in 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

Qeyd edək ki, hazırda hesabında 40 xal olan “Kadis” 22 komanda arasında 3-cü pillədə qərarlaşıb.