[b]Yığma üzvü üçün 90 dəqiqə və 1 xal[/b]
26.11.2016 - 00:08
Almaniya II Bundesliqasında XIV tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” səfərdə “Vursburger Kikkers”lə qarşılaşıb.
Nazarovun 90 dəqiqə meydanda olduğu qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib.
Qeyd edək ki, 14 oyundan sonra hesabında 11 xal olan “Aue” turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
0
0