[b]Yığmada yeni baş məşqçi[/b]
09.05.2017 - 17:11
[b]Yığmada yeni baş məşqçi[/b]

“Fənərbaxça”nın baş məşqçisi Dik Advokatın Hollandiya millisinə dönüşü rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 69 yaşlı çalışdırıcı yenidən “narıncılar”ın “sükanı arxası”da olacaq.

 

Yığmada ona Avro-1988-in qalibi Ruud Qullit köməklik edəcək. Hollandiya Futbol İttifaqı çalışdırıcılarla müqaviləni dünya çempionatının seçmə mərhələsinin qalan hissəsindən növbəti mundiala kimi nəzərdə tutub.

 

Advokat bu postda qeyri-qənaətbəxş nəticələrinə görə vəzifəsindən qovulan Danni Blindi əvəzləyəcək.

 

Qeyd edək ki, bu, 69 yaşlı mütəxəssisin Hollandiya millisinə 6-cı gəlişidi. Bunadək 1984-1987, 1990-1992 və 2016-cı illərdə yığmada köməkçi işləyən Advokat 1992-1994 və 2002-2004-cü illərdə baş məşqçi kimi işləyib.