[b]Yığmalarımız Bolqarıstan və İrlandiyaya gedəcək[/b]
13.12.2016 - 14:46
17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının AÇ-2018-in seçmə mərhələsində keçirəcəyi oyunların yeri və vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, nisbətən kiçik yaşlılar Bolqarıstanda, digər millimiz İrlandiyada qüvvəsini sınayacaq.
XI qrupda çıxış edən U-17 Ukrayna, İrlandiya və Bolqarıstanla oktyabrın 10, 13 və 16-da üz-üzə gələcək. U-19 isə VII qrupda Kipr, Serbiya və İrlandiya ilə görüşləri oktyabrın 4, 7 və 10-da keçirəcək.
0
0