Martın 3-də milli komandaların növbəti FİFA reytinqi açıqlanacaq. Apasport.az saytının məlumatına görə, həmin vaxtadək yığmaların iştirakı ilə yalnız 1 matç keçiriləcək.
Misir və Burkina-Faso milliləri arasında qarşılaşma isə cədvələ ciddi təsir göstərməyəcək. Bu üzdən də artıq reytinq siyahısı indidən bəllidi.
Təxmini cədvəldə mövqeyini dəyişən azsaylı yığmalardan biri Azərbaycan millisidi. Gələn həftə rəsmən açıqlanacaq cədvəldə komandamız 112-ci yerdə qərarlaşacaq. Xal hesabını 296-dan 300-ə çatdıracaq millimiz heç bir rəsmi matça çıxmadan irəliləyəcək.
Buna 2 komandanın geriləməsi səbəb olacaq. Belə ki, Çad 14, Fələstin 7 pillə geriləyəcək. Bundan başqa, Aruba ilə Türkmənistan 1 addım irəliləsə də, yığmamız onları arxada qoyacaq.
Millimiz və “qonşuları”
107 (105). Liviya - 319
108 (109). Niger - 312
109 (111). Anqola - 306
110 (112). Mərkəzi Afrika Respublikası – 302
110 (108). Nikaraqua - 302
112 (116). AZƏRBAYCAN – 300
113 (114). Aruba - 298
113 (114). Türkmənistan - 298
115 (117). Syerra-Leone – 297
116 (123). Ermənistan – 296
117 (110). Fələstin - 290
Dünyanın ən güclü 10 komandasının mövqeyində heç bir dəyişiklik olmayacaq. Planetin nəhəngləri xal hesablarını dəyişsələr də, öz yerlərində qalacaqlar.
İlk “onluq”
1 (1). Belçika – 1506
2 (2). Argentina – 1457
3 (3). İspaniya - 1374
4 (4). Almaniya – 1355
5 (5). Çili – 1307
6 (6). Braziliya – 1254
7 (7). Portuqaliya – 1234
8 (8). Kolumbiya – 1215
9 (9). İngiltərə - 1112
10 (10). Avstriya – 1095
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Çexiya və San-Marinonun yeri dəyişməz qalacaq. Şimali İrlandiya 1 pillə irəliləyəcəksə, Norveç mövqeyini əldən verib, 1 addım geriləyəcək.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
4 (4). Almaniya – 1355
25 (25). Çexiya - 861
28 (29). Şimali İrlandiya - 833
51 (50). Norveç - 594
198 (198). San-Marino – 28
Martın 26-da millimizlə yoxlama oyunu keçirəcək Qazaxıstan isə 6 pilləlik sıçrayışa nail olub. Hesabını 10 xal artırıb, 276-ya çatdıran rəqibimiz 125-ci yerə qalxıb.
Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda 943 xalla 20-ci yerdə qərarlaşıb.