[b]Yığmamız “Prezident kuboku”nda darmadağınla üzləşdi[/b]
08.08.2016 - 10:08
[b]Yığmamız “Prezident kuboku”nda darmadağınla üzləşdi[/b]

Qazaxıstanın Şımkent şəhərində təşkil olunan “Prezident kuboku” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk turda İran millisi ilə görüşüb.

 

Komandamız meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib. Millimiz sabah keçiriləcək II turda Tacikistanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan, İran və Tacikistanın yer aldığı qrupda Rusiya-2 komandası da mübarizə aparır.