Bu gün Çexiya millisi ilə qarşılaşacaq Azərbaycan millisi daha bir rekorda imza ata bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün komandamız DÇ-2018-in son ev oyununda 2 qol vurmalıdı.
Xal hesabında tarixinin ən yaxşı nəticəsini göstərən komandamız bunu bacarsa, məhsuldarlıq rekordunu təkrarlayacaq. Çünki AÇ-1996-dan beynəlxalq səhnəyə çıxan komandamız bir tsikldə 10 dəfədən artıq fərqlənə bilməyib.
Bu rekord AÇ-2012-nin seçmə oyunlarında qeydə alınıb. Həmin vaxt 10 matçda 10 dəfə rəqib qapısına yol tapan yığmamız indi 8 qola sevinib.
DÇ-2018-in seçmə mərhələsinin arxada qalan 8 görüşündə orta məhsuldarlığı 1,00-ə bərabər olan millimiz rekordu təkrarlamaq üçün son iki görüşdə 2 dəfə azarkeşlərini sevindirməlidi. Almaniya ilə səfər matçında qol şansımız aşağı dəyərləndirildiyindən bunu Çexiya ilə görüşdə rəsmiləşdirmək olar.
Vurulacaq 2 qolla 6 il əvvəlki rekord təkrarlanacaq. Yığmamız daha məhsuldar oynasa, mütləq rekorda da imza ata bilər.
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO