[b]Yığmamız FİFA reytinqində 5 pillə gerilədi[/b]
02.06.2016 - 12:12
[b]Yığmamız FİFA reytinqində 5 pillə gerilədi[/b]

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, hesabında 252 xal olan Azərbaycan yığması 138-ci yerdə qərarlaşıb.

 

Robert Prosineçkinin yetirmələri ötən ayla müqayisədə 5 pillə geriləyib. Buna səbəb komandamızın 17 xal itkisidi.

 

Belə ki, yığmamız mayda açıqlanan reytinq cədvəlində 269 xalla 133-cü yerdə idi.

 

Geriləmənin səbəbi millimizin Avstriyada keçirilən təlim-məşq toplanışındakı uğursuz nəticələridi. Mayın 26-da qarşılaşdığı Andorra kimi zəif rəqibə qalib gələ bilməyən (0:0) yığmamız 3 gün sonra Makedoniyaya uduzub – 1:3.

 

Millimizin sabah görüşəcəyi Kanada isə 363 xalla 93-cüdü. Şimali amerikalılar ötən ay 95-ci pillədə qərarlaşmışdı.

 

Qeyd edək ki, siyahıya Argentina yığması başçılıq edir – 1503 xal.