[b]Yığmamız İspaniya ilə eyni qrupda[/b]
11.11.2016 - 12:41
[b]Yığmamız İspaniya ilə eyni qrupda[/b]

17 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 44 iştirakçısı 11 qrupa bölünüb.

 

Püşkatmaya C səbətində qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Yığmamız 3-cü qrupda İspaniya, İslandiya və Monteneqro ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il avqustun 1-dən oktyabrın 29-dək keçiriləcək. Hər qrupda ilk iki yeri tutanlar və ən yaxşı üçüncü elit-raunda yüksələcək.