17 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan yığması iyunun 10-da təlim-məşq toplanışına start verəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandamız ayın 14-dək hazırlığı Bakıda keçəcək.
Yığmamız 15-18 iyun tarixlərində isə Makedoniyanın Skopye şəhərində təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək. Yarışın təqvimi də artıq hazırdı. Qızlarımız meydan sahibləri Makedoniya və Xorvatiyalı həmyaşıdları ilə üz-üzə gələcək.
Komandamızın turnirə yollanacaq heyəti də bəllidi. Yığma Makedoniyaya 18 futbolçu ilə gedəcək: Elvira Əskərzadə, Həqiqət Qasımova, Ayşən Əhmədova, Aynur Zeynalova, Minarə Gözəlova, Vüsalə Seyfətdinova, Aytac Neymətova, Nərmin Əhmədli (hamısı “Təhsil”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Rövşanə Sərdarlı, Umnisa Əliyeva (hər ikisi “Fidan”), Samirə Vəliyeva (“Neftçi” İKİB), İlahə Nuriyeva (“Zaqatala”), Sona Rəhimova (“Vətən”), Salome Qasviani, Nino Qurgenidze (hər ikisi “Kutaisi Martve”, Gürcüstan), Pınar Çeri (“Kayseri Gənclərbirliyispor”).
UEFA İnkişaf turniri:
16 iyun
13.00. Makedoniya – Azərbaycan
18 iyun
13.00. Xorvatiya - Azərbaycan