[b]Yığmamız qazaxlarla da bacarmadı[/b]
14.01.2017 - 20:38
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Qazaxıstanın “Okjeptes” klubu ilə qarşılaşıblar.
Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Yığmamızın qollarına Sarxan Baloğlu və Ozancan Kökcü imza atıblar.
Qeyd edək ki, millimiz ilk oyunda Almaniyanın “Rot Weis Erfurt” klubu ilə bərabərə qalmışdı - 0:0.
0
0